Öz birinci uğurlu bloquma necə başlayım?

Bugün blogging doğrudan da onlayn biznesdə önəmli yerlərdən birini tutur. Ancaq real həqiqətdir, burda da pul qazanmaq offlayn biznesdə olduğu kimi ciddi cəhd və səbr tələb edir.

“The more you give the more you receive.”Nə qədər çox versən, oqədər çox alacaqsan

Bu aforizmi həyatımızın hər bir anında xatırlamamız gərəkdir.
Həyatda asanlıqla uğur qazanmaq, pul qazanmaq mümkün deyil. Bu iki şey insandan çox böyük səy, dözüm və bacarıq tələb edir.

FaceBook-dan pul qazanmaq olarmı?

Facebook hazırda dünyanın ən tanınmış sosial şəbəkəsidir. Kiçikdən böyüyə internetə girən hər kəs ilk öncə facebookda özünə hesab açır. Hətta Amerika və Avropa ölkələrinin bir çoxunda  70 yaşlarında da facebook istifadəçiləri vardır və onlar gundə ən azı 3-4 dəfə bu sayta girirlər.

Bloqlara aid maraqlı statistika

  • Sadəcə Amerikada 57 milyondan artıq insan bloq oxuyur
  • 1,7 milyon Amerikalı bloq yazmaqda əsas məqsədinin pul qazanmaq olduğunu bildirir
  • Hər gün 120.000 bloq fəaliyyətə başlayır
  • Yenə hər gün 1,4 milyon yeni yazı yayımlanır
  • Dünyanın hər papulyar 100 saytından 22 si bloqdur
  •  Bloq oxuyucularının 51%i online alış-veriş edir
Bu göstəricilər mənə çox maraqlı gəldi, ona görə sizlərlə bölüşdüm.  Ümid edirəm sizinçün də maraqlı oldu.

ClickBank nədir?


  ClickBank internet aləmində artıq vazkeçilməz bir sistemə çevrilmişdir.
ClickBank affiliate marketerlərin (yəni ortaq satış həyata keçirmək istəyənlərin) satmaq istədiyi dijital məhsulu vəya xidməti seçməsini gerçəkləşdirən ən etibarlı məkandır.

Affiliate Marketing nədir?

Affiliate Marketing bizim dilə satış ortaqlığı kimi tərcümə oluna bilər. Ənənəvi marketingdə bir başqasının malını satmaqda vasitəçi olarsanız əvəzində sahibkardan qarşılığını alarsınız. Bu prosesin internet üzərindən həyata keçirilməsi Affiliate Marketing adlanır.

Uğura aparan yol

  Egər bloqdan pul qazanmaq istəyirsənsə bu sənin məqsədinə çevrilməlidir. Bunun üçün daim inkişafda olmalısan. Bu yolda aşağıdakı addımları həyata keçirsən məqsədinə daha yaxın olarsan:

1.  Özünə hədəf seç

Bloqdan necə pul qazanmaq olar?

İlk dəfə bloq yaradılarkən ondan pul qazanmaq barədə hələ düşünülməmişdi. Sonralar insanlar gördülər ki, bloqa yazı yazarkən onlar çoxlu vaxt itirirlər. Avropalı təfəkkürünə görə hər dəqiqənin qızıl olduğunu yəqinki bilirsiz. Niyə avropalı deyirəm, çünki bizim elə düşünməyimizə hələ çox var. Yalandan özümüzü avropalı siyahısına salmaqla deyil, gərək beyinlərdə inqilab ola, təfəkkürümüz formalaşa...Nəysə, bu haqda danışsam çox olacaq, amma onu deyim ki avropalıdan çox bizim millətin pula çox ehtiyacı var. Ancaq niyə onlar pul qazanmağın bu yollarına bu qədər laqeyddirlər,? Niyə oxudugum bir çox azəri bloqlarda belə pul qazanmağa dırnağarası baxılır? Bunların səbəbini mən özümçün kəşf etmişəm.