Showing posts with label Google Adsense. Show all posts
Showing posts with label Google Adsense. Show all posts

Bloqdan necə pul qazanmaq olar?

İlk dəfə bloq yaradılarkən ondan pul qazanmaq barədə hələ düşünülməmişdi. Sonralar insanlar gördülər ki, bloqa yazı yazarkən onlar çoxlu vaxt itirirlər. Avropalı təfəkkürünə görə hər dəqiqənin qızıl olduğunu yəqinki bilirsiz. Niyə avropalı deyirəm, çünki bizim elə düşünməyimizə hələ çox var. Yalandan özümüzü avropalı siyahısına salmaqla deyil, gərək beyinlərdə inqilab ola, təfəkkürümüz formalaşa...Nəysə, bu haqda danışsam çox olacaq, amma onu deyim ki avropalıdan çox bizim millətin pula çox ehtiyacı var. Ancaq niyə onlar pul qazanmağın bu yollarına bu qədər laqeyddirlər,? Niyə oxudugum bir çox azəri bloqlarda belə pul qazanmağa dırnağarası baxılır? Bunların səbəbini mən özümçün kəşf etmişəm.