Email marketing nədir?

Email insanın ən individual bir parçasına çevrilmişdir. Ən özəl insanlarla əlaqəyə girə biləcəyimiz ən özəl məkandır.
Bu xüsusiyyətlər təbii ki , marketing aləminin gözündən yayına bilməzdi.
Hazırda email marketing onlayn biznesin əsas və effektli kanallarından birini təşkil edir. Blog və sayt sahibləri, xırda bizneslə, affiliate marketinglə məşğul olan insanlar bu alətdən uğurla istifadə edirlər.

Email marketing nədir?

Reklam və çağırış xarakterli məsajların hədəf kütləyə göndərilməsi. Məsələn, bunun siz özünüz də bəlkə dəfələrcə istifadəçisi olmusuz, hər hansı bir sayta daxil olursunuz, sizin o saytdan xoşunuz gəlib və ya məhsulları ilə maraqlanırsınız onda göstərilən yerdə emailinizi qeydiyyatdan keçirirsiniz və onlar sizə təzə post olduqda və s (bu sizin qeydiyyatdan keçdiyiniz saytdan asılı olaraq dəyişir) emailinizə məlumat göndərir. Bu saytlar məlumat saytları, şirkət saytları, firma saytları və s. ola bilər.


Faydası nədir?

  • Mail  hesabı tamamilə özəl olduğundan istifadəçinizi təklikdə tuta biləcəyiniz bir məkandır. Mailinizi görən adam maraqlanıb açıb oxuyar, əgər daha çox maraqlanmaq istəsə göstərilən linkə daxil olar. Maraqlı olmasa silib atar. Ancaq saytınıza girmə ehtimalı çox yüksəkdir
  • Mail hesabı olan insan ən az gündə bir dəfə mailini yoxlayar, bu da sizlə qarşılaşma ehtimalını artırar.
  • Bundan əlavə saytınıza girən bir dəfə girər çıxar, amma göndərmiş olduğunuz mail onun boxçasında qalar, bu da yenə sizin sayta gəlmə ümidini artırar. Bu da sizin istifadəçiləriniz tərəfdən unudulmamanızı təmin edər, asanlıqla saytınıza yenidən qaytarar.

Hansı prinsipləri  var?

İlk növbədə mail databazasının izinli olması lazımdır. Yəni bu sistemə qoşulmaq tamamilə istifadəçinin öz ixtiyarına verilməlidir. Digər maillərə arzuolunmadan reklam xarakterli mesajlar atmanız saytınızın reytingini heç edə bilər.
Emailinizi olduqca yığcam yazın . Başlıqdaca nə demək istədiyinizi  net şəkildə ifadə edin .

SPAM qorxusu!

 Spam nədir?

 Eyni mesajın yeksək sayda kopyasının email sahiblərinin istəmə tələbi olmadan, icazəsi olmadan email adreslərinə  göndərilməsidir.

Email marketing əsla spam demək deyil, sadəcə email marketingdən bu yollarla istifadə edən şirkətlər və insanlar da tapılır.

Odur ki, reytingi yüksək olan və keyfiyyətli saytlarda qeydiyyatdan keçin!. Email boxçanıza qeydiyyatdan keçmədiyiniz ünvandan gələn tanımadığınız mesajları açmadan silin.!

Əlavələriniz varsa mütləq bildirin.

Oxuduğunuz üçün təşəkkür edirəm.

2 comments:

  1. Maraqlı postdur. Yeni başlayanlar, məlumatı olmayanlar üçün maraqlı məlumatlardır!

    ReplyDelete
  2. Təşəkkür edirəm. Oxuyucularımdan şərh almaq məni həqiqətən sevindirir. Öz təcrübələrinizi, maraqlı ideyalarınızı bölüşməyə çəkinməyin.

    ReplyDelete