Bloq və blogging

Bloq nədir?

Bloq saytın bir tipi olub  hazır dizaynlar əsasında qurulur. Şəxsi xarakter daşıyır. Hər bir kəs özünə bloq yarada bilər. Bunun üçün dünyada məşhur olan Wordpress.com, Blogger.com kimi saytlar məhz bu xidmətlər üçün yaradılmışdır. Azərbaycan dilində bloq
xidməti olaraq Azəribloq.com saytı tanıyırdım o da artıq pullu sistemə keçib. Bəzi saytların tərkibində də bloq yaratmaq xidmətləri təklif olunur.

Bloqların məzmunca müxtəlif növləri vardır. Yazı bloqları, fotobloqlar, videobloqlar, audiobloqlar, mikrobloqlar və s. Yazı bloqları da yazının məzmununa görə fərqli olur. Kimisi siyasi mövzulara üstünlük verir, kimisi uşaqlığından danışır, kimisi gündəlik həyatından danışır, kimisi öz peşəsindən danışır, kimisi qəhrəmanlıqlarından danışır.... Xaricdə isə artıq öz pişiyinə bloq açan da var-))

Bloq yazan bilməlidir ki onun yazılarını başqa insanlar da oxuyacaq. Əslində peşəkar bloqçu olmaq istəyənin əsas məqsədlərindən biri yazılarının daha çox insan tərəfindən oxunması olmalıdır. Bunun üçün bloq yazmağın aşağıdakı vazkeçilməz qızıl qaydalarını bilməlisən:

Məzmun və Stil

Bloq yaratmamışdan əvvəl bloqunun stilini, yəni tipini müəyyənləşdir, əgər yazı tipli bloq yaradırsansa  hansı məzmunda yazmaq istədiyini dəqiqləşdir. Bloq qarmaqarışıqlıq sevmir. 
Beləliklə sən özünə ideya tərəfdarlarını daha asanlıqla cəlb edə bilərsən.

Dizayn və qrafika

Bloqunuzun dizaynı nə qədər sadə olsa o qədər gözəldir.
Yazılarınızda çalışın kobud orfoqrafik səhflərə yol verməyin, bu sizin məsuliyyətsizliyinizdən xəbər verər.
Cümlələri sadə qurun, oxuyan tez yorulmasın.
Rəngli yazılardan çox istifadə etməyin, bunu hansısa bir sözü vurğulamaq üçün etsəniz daha yaxşı olar.
Mövzuya aid şəkil yerləşdirin, bu bloqu daha baxımlı edər. Ancaq çox şəkil oxuyanı tez yorar.
Çalış yazarkən orijinal ol, özün ol, gerçəkçi ol.
Yazdıqdan sonra yazını mütləq oxu, əgər sən belə yazını oxumaq istəyirsənsə dəmək başqaları üçün də xoşdur:))


Traffik
Başqa sözlə bloquna insan axını.
İnsanları bloquna necə cəlb ede bilərsən? 

1.  Bloqunu tez-tez yenilə, maraqlı və məzmunlu yazılar yerləşdir.
     
     Bu sənin uğurlu bloqçu olmağın üçün birinci şərtdir. Çünki insanlar daim yenilik axtarışındadır. Səni izləyən kimsə bloqunda yeni yazı görməyincə artıq başqa bloqlar axtaracaq.

2.  Axtarış sözlərini mütləq seç və düzgün seç.
    
     Bu sözlər sənin bloqunun axtarış sistemində tez tapılmasına imkan yaradacaq.

3. Başqa sayt və bloqlara şərh yaz.

     Bu zaman öz bloqunun URL nu qoymağı unutma. Bu link vasitəsilə sənin linkini görən səninlə maraqlanacaq, əgər yazdığın şərh maraqlıdırsa o linki tıklamasa mümkün deyil:-)) Beləliklə onlar da səni ziyarət edecəklər.

4.  RSS -i aktivləşdir

   Bunun vasitəsilə oxucuların yeni yazılarından xəbərdar olacaq

Bunlardan başqa yazılarında başqa bloqlara link qoymaq və ya başqa bloqlara yazı yazmaq, və ya başqalarının yazılarına bloqunda yer ayırmaq da sənin bloqunun reytinqini yüksəldə bilər.

Bu qaydalara əməl etsən sən artıq bloqçusan və uğur qazanacaqsan!.




                                         

No comments:

Post a Comment