İnternet və Onlayn Biznes

İnternet kompyuter əsaslı qlobal informasiya sistemidir. İnternet yaranandan həyatımızın demək olar ki bütün sahələrinə sirayət edib, artıq internetsiz həyatı təsəvvür etmək mümkün deyil desək daha doğru olar.
İnsanların  pul qazanma yollarına yeni ve daha asan və uğurlu alternativlər əlavə olundu. Bu yeni biznes sahəsi e-biznes və ya onlayn biznes adlanır. Yəni, internet üzərindən virtual satış. Bu biznesin təbiidir ki, ənənevi alış-verişdən bir çox üstün chətlərinin olması insanların bu sahəyə marağının gündən- günə artmasına səbəb oldu.
Mən sizlərlə əsasən xırda biznes, ev biznesi, e-kitab, blogging və saytlardan nece pul qazanmagın sirləri haqda danışacam.
2010-cu ildə Americada internet istifadəçilərinin 70 %ə qədəri internetdə pul qazanmağın alternativ yolları haqda axtarışlar etdiyini göstərmişdir. Bu isə bu sahədə informasiya xarakterli bloq və saytlara nə qədər ehtiyac olduğunu subut edir. Hal hazırda xarici saytlarda bu sahədə minlərlə bloq və saytlar var.
Azərbaycanda internet yeni inkişaf etməkdədir və mən düşünürəm ki, artıq limitsiz internetə sahib olanların sayı artdıqca biznesin bu sahəsinə olan maraq da artacaq. Ekstra pul qazanmaq istəyənlər üçün bloqumun çox faydalı olacağına əminəm. Əgər sizdə pul qazanmaq istəyinizdən əminsinizsə məni izləyin..

No comments:

Post a Comment