Autoresponder nədir? Aweber nədir?

Email marketing haqda məlumatınız olduqdan sonra ağıla ilk gələn sual- bunu necə həyata keçirim?

Dünyada professional bloqçuların, affiliate marketerlərin, müxtəlif şirkət və biznes sahiblərinin istifadə etdiyi ən güvənilən bir xidmət- Autoresponder xidməti.

Autoresponder dilimizə "avtomatik cavablayıcı" kimi tərcümə olunur. Məsələn, tutalım 1 aylıq istirahətə çıxmısız, internetdən uzaqlaşmaq istəyirsiniz. Bu zaman sizə email göndərən insanlara "Üzr istəyirəm, maillərinizə cavab verə bilməyecəm, ...filan tarixdə qayıtdıqdan sonra özüm sizi xəbərdar edəcəm... " kimi əvvəlcədən hazırladığınız mesajları avtomatik olaraq göndərə bilərsiniz. Bu sadə bir misal idi. Bu sistemin xidmətləri çoxdur.
Dünyanın ən məşhur izinli toplu mail göndərmə servisi -Aweber. Autoresponder sisteminin ən çox istifadə olunan servisi Aweberdir, onun rəqibi isə Getresponse servisidir.

Aweberlə çox böyük işlər görə bilərsiniz. Yenə sadə bir ideya verim; tutalım yaxsı rəssamsınız, etməniz gərəkən bir bloq acmanız, orda özünüz haqda müəyyən məlumatlar verməniz lazımdır. Oxuyucularınızdan göstərdiyiniz yerdə qeydiyyatdan keçməsi lazımdır. Bundan sonra sizə sadəcə bir video kamera lazım olacaq. Rəsmlər üzərində işləyə- işləyə dərsi başa salıb videonu həmin serverin köməyi ilə, məsələn bir həftə içində hərgün onlara göndərirsiniz. Sonra digər dərslərinizi pulla sata bilərsiniz, artıq onlar sizi tanıyır, sizdən çox şey öyrənmək istəyirlər. Bu çox sadədir. Siz dərslərin hamısını(və ya videonun sadəcə linkini yerləşdirirsiniz, mesajı oxuyan link vasitəsilə bloqunuza keçid alır) əvvəlcədən hazırlayıb bu sistemə yerləşdirirsiniz, abunə olmuş və hər yeni abunə olan insanların hər birinə seçdiyiniz müddətə, seçdiyiniz vaxtda o mesajlar avtomatik olaraq göndəriləcək. Hətta onlar o mesajı aldılarmı, oxudularmı, videonu izləmək üçün linkinizə tıkladılarmı və s. bu kimi bilgilər sizə avtomatik olaraq çatdırılır. Sizin sadəcə o sistemə abunə olmanız lazımdır.

Awebere qeydiyyat haqqı 1$ dır. Bundan sonra günlük paketləri özünüz seçirsiniz. 1 aylıq xidmət 19 dollardır. Bu xidmət sizin hər yeni istifadəçinizə göstərilir. Hətta siz yatdıqda belə, tətildə, ölkə xaricində olduqda belə sistem  öz xidmətini göstərir.

Mən ingilis dili öyrənmək üçün bir saytda qeydiyyatdan keçdim. Və bu sistemin mükəmməlliyini orda görmüşəm. Əvvəllər mənə də çox maraqlı gəldiki görəsən bunu necə edirlər. Ancaq indi gördüm ki hər şey çox sadə imiş. İstəsəniz o saytın adını da yazım, bəlkə aranızda ingilis dili öyrənmək istəyənlər də var, həm də bu servisin xidmətilə əyani tanış olarsınız. effortlessenglishclub.com .

Bu qədər, ümid edirəm vaxtınıza dəyər qata bildim.

Gələn postlarda görüşənədək

1 comment:

  1. Xəbərə görə çox sağ olun. Mənə çox lazım olan funksiyadır.

    ReplyDelete