ClickBank nədir?


  ClickBank internet aləmində artıq vazkeçilməz bir sistemə çevrilmişdir.
ClickBank affiliate marketerlərin (yəni ortaq satış həyata keçirmək istəyənlərin) satmaq istədiyi dijital məhsulu vəya xidməti seçməsini gerçəkləşdirən ən etibarlı məkandır.

Bu sistemə görə seçdiyiniz dijital (məsələn, e-kitab, software, müxtəlif proqramlar, oyunlar) məhsulun sahibiylə sövdələşmə qurmanız lazımdır. ClickBanka üzv olmaqla və məhsulu seçərkən artıq o sövdələşməni etmiş olursunuz. Bu zaman sövdələşməyə əsasən seçdiyiniz məhsullar ya bilavasitə ya da dolayı yollarla sizin sayt vəya bloq üzərindən satılır. Beləliklə, siz də məhsul sahibindən məhsulun satış məbləğininin  bəlli faizlərlə miqdarını bank hesabına ötürmüş olursunuz.(daha doğrusu bunu ClickBank sizin üçün etmiş olur, əsasən məhsulun qiymətinin 50%ə qədərini, bəzən 75% də təklif olunur)
Sövdələşməyə əsasən əgər məhsulu bilavasitə öz saytınızdan satmaq istəsəniz sizə səhifənizə yükləmək üçün bir kod verilir, dolayı yollarla satış zamanı isə məhsulun reklam banner  və ya mətn şəklində saytınıza yüklənir. Bu reklamı tiklayan satış saytından məhsulu alır, sən də bu xidmətə görə öz payına düşəni alırsan.
Eyni zamanda sən də öz dijital məhsulunu  ClickBankda yerləşdirə bilərsən.

Ancaq dostlar, sizə bir acı xəbərim var. ClickBanka üzv olmaq üçün girdim və Şoka düşdüm. Çünki ölkəmizin adı orda yoxdu, hətta Ermənistanın belə adı var, amma bizimki yoxdu. Bu o deməkdi ki biz o sistemdən istifadə edə bilmərik. Çooooooooooox təəssüf! Mən də bu yazını yazarkən gözlərimin önündə dollarlar oynayırdı. Acı xəbəri görəndə birdən yox oldu hamısı:-))))))
Eybi yox , ən azından onun haqda məlumatımız oldu.

Artıq bu barədə başqa yollar kəşf etmək lazımdı...

No comments:

Post a Comment