Bloqdan necə pul qazanmaq olar?

İlk dəfə bloq yaradılarkən ondan pul qazanmaq barədə hələ düşünülməmişdi. Sonralar insanlar gördülər ki, bloqa yazı yazarkən onlar çoxlu vaxt itirirlər. Avropalı təfəkkürünə görə hər dəqiqənin qızıl olduğunu yəqinki bilirsiz. Niyə avropalı deyirəm, çünki bizim elə düşünməyimizə hələ çox var. Yalandan özümüzü avropalı siyahısına salmaqla deyil, gərək beyinlərdə inqilab ola, təfəkkürümüz formalaşa...Nəysə, bu haqda danışsam çox olacaq, amma onu deyim ki avropalıdan çox bizim millətin pula çox ehtiyacı var. Ancaq niyə onlar pul qazanmağın bu yollarına bu qədər laqeyddirlər,? Niyə oxudugum bir çox azəri bloqlarda belə pul qazanmağa dırnağarası baxılır? Bunların səbəbini mən özümçün kəşf etmişəm.
 Sadəcə onu deyim ki xalqımızın maariflənməyə ehtiyacı var.

Bloqlardan pul nisbətən asan əldə olunsa da, əziyyətsiz heçnə yoxdu. Bunun üçün ilk növbədə bloqçu olmaq lazımdır. Bloqçu olmağın sirlərini  Bloq və blogging postumda ətraflı qeyd etmişəm.

Hazırda dünyada bloqçuluq artıq bir peşə kimi qəbul olunur. Bir cox tannınmış bloqçular, hansıkı bloquna gündə ən azı min məfər oxucu girir, onlar bir çox məşhur firmaların diqqətini cəlb edir və məhsulunu reklam etmək üçun onlara çoxlu pul təklif olunur.
Bloqa yeni başlamısınızsa tələsməyin. Aşağıdakı qaydaları ardıcıllıqla həyata keçirsəniz düzgün yoldasız deməkdir.

 Google AdSense

Yeni başlayanlar üçün pul qazanmağın ən yaxşı yolu Google AdSense -dir, hansıkı pulsuz işə salırsınız, bunu bloq proqramları özləri də təklif edirlər. Və proqram bloqunuzun  reytinginə münasib reklamları oraya yerləşdirir. Bloqunuza gələn oxuyucular bu reklamları tıklayırsa hesabınıza müəyyən məbləğ  pul yüklənmiş olur, bu məbləğ çox az olsada  dama-dama göl olar deyiblər:-))

Affiliate proqram

" Affiliate Marketing nədir? " postumu oxuduqdan sonra artıq bu haqda müəyyən bilgiyə sahibsiniz. Əgər artıq müəyyən oxucu kütləsinə maliksinizsə bu sistemi tətbiq edə bilərsiniz. Onların inamını doğruldan və oxucuların marağına səbəb olacaq bir məhsul seçin və onu oxucularınıza məsləhət görün.

Artıq bu iki usulu yerinə yetirərkən siz xeyli pul və reputasiya sahibi olacaqsınız. Sizi izləyən minlərlə oxucunuz olacaq. Və buna şirkət sahibləri biganə qala bilməz və uğurunuzun PİCK nöqtəsi də elə budur:

Bloqundakı boş yerləri sat və pul qazan

Digər sayt və bloqlar onların reklamını etməniz üçün sizə üz tutacaqlar.
Böyük şirkətlər sizi öz kompaniyalarına və konfranslarına dəvət edəcəklər. Onların məhsullarını, xidmətlərini və yaxud saytlarını bloqunuzda reklam etməninizi sizdən xahiş edəcəklər. Qəbul edib etməyəcəyiniz, pulun məbləği sizdən asılı olan şeylərdi artıq .

Məndən bu qədər :)))

Bol qazanc arzusu ilə, hələlik...



No comments:

Post a Comment