Uğura aparan yol

  Egər bloqdan pul qazanmaq istəyirsənsə bu sənin məqsədinə çevrilməlidir. Bunun üçün daim inkişafda olmalısan. Bu yolda aşağıdakı addımları həyata keçirsən məqsədinə daha yaxın olarsan:

1.  Özünə hədəf seç

    
   Bloq yazarkən zamanın nəbzini tutmağa çalış. Bir ətrafına bax! Gör insanların hansı informasiyaya daha çox ehtiyacı var. Onlar nə axtarır və tapa bilmir. Hamının etdiyini sən də təkrarlama. Sən onlar üçün nə yeniliklər edə bilərsən, bu haqda düşün. Özünə bu sahədə uğurlu insanları nümunə götür. Eyni zamanda bir neçə ideya ardınca qaçma. Seçdiyin hədəf səni uğura aparan tək yoldu.


2.  Strategiyanı inkişaf etdir

    Yazılarının keyfiyyətli olması üçün seçdiyin sahədə daim axtarışda ol. Bloqunu nümayiş etdir və irəli çək. Beləliklə həm məşhur ola bilərsən, həm də özün daim inkişafda olarsan.

3.  Öz məhsulunu yarat.

    Buna hər birimiz qadirik. Yəqinki sənin də hər hansısa bir sahədə xırda bacarığın var. Məsələn, kimisi bağbandır, ağacların , çiçəklərin dilindən anlayır, və ya musiqiçidir, özünün yeni bəstəsi var, amma bilmir onu necə ortaya çıxartsın, və ya evdə xırda əl işləri ilə məşğuldur, amma onlardan başqa heçkimin xəbəri yoxdur, və ya gözəl rəsm çəkmək qabiliyyəti var......bu siyahını minlerlə etmək olar.  Bloq özünü ifadə etməyin üçün sənə verilmiş ən yaxşı imkandır. 
Bacarıqsız insan yoxdur, amma təmbəl insan çoxdur! (yeri gəlmişkən bu da mənim aforizmim olsun)






No comments:

Post a Comment