Twitter nədir və mənə kömək edə bilərmi?

Twitter sözünün mənası "civilti" deməkdir. Hazırda facebookdan sonra gələn dünyanın ən böyük sosiallaşma şəbəkəsidir.

Mən də bloqumu qurduqdan sonra
fikirləşdimki görəsən belə bir bloqun mövcudluğu  haqda insanlara necə məlumat verə bilərəm. Oxuduğum xarici sayt postlardan twitterin bloqçuluqda önəmli yer tutduğunu dəfələrlə oxumuşam. Sən demə prinsip çox sadə imiş. 

  1. Twitter.coma daxil olursunuz
  2. Qeydiyyatdan keçirsiniz
  3. Sizə 140 simvol yaza biləcəyiniz bir səhifə verilir.
  4. Ora indi nə baş verdiyini yazırsınız, yəni əgər bloqunuza təzə məqalə varsa onun haqda bir cümləylə anlatdıqdan sonra o məqalənin linkini yerləşdirirsiz ora. Sonra tanıdığınız adamları seçib izləyirsiniz, və ya maraqlı bloq yazarları elə öz bloqundan keçib izləyirsiniz. Verdiyiniz civiltini eşidən olsa sizlə maraqlanacaqlar:-)
Bu sadə prinsipdən min bir istiqamətə istifadə edən on minlərlə insan var. Və əgər artıq müvafiq traffikə sahibsinizsə və bloqunuzda artıq affiliate marketing həyata keçirirsinizsə bu haqda da lazımı qruplarda  məlumat verin. Geriyə dönüş mütləq olacaq.

Fikirlərinizi və əlavələrinizi yazmağa çəkinməyin.
Sizə uğurlar arzulayıram!

No comments:

Post a Comment