“The more you give the more you receive.”Nə qədər çox versən, oqədər çox alacaqsan

Bu aforizmi həyatımızın hər bir anında xatırlamamız gərəkdir.
Həyatda asanlıqla uğur qazanmaq, pul qazanmaq mümkün deyil. Bu iki şey insandan çox böyük səy, dözüm və bacarıq tələb edir.

Bloq insanlara internet aləmində öz yerini müəyyən etmək üçün verilmiş ən böyük şansdır. Bu şansı necə və hansı dərəcədə qiymətləndirməniz sizin öz əlinizdədir. Bəlkə uğuru da , pulu da elə öz  bloqunuzdan qazanacaqsınız.  Xatırladım ki, bunu təcrübədən keçirmiş və məqsədlərinə  nail olmuş on minlərlə insan var.

Dünyada ən böyük və tükənməz kapital BİLİK dir. Bloq yazarkən çalışın insanlara nəsə verə biləsiniz ki , onlar da sizə məqsədə çatmaqda kömək edələr. Bu birinci növbədə öz inkişafınıza səbəb olacaq. Çünki bunun üçün daim axtarışda olmanız gərək. Yeni ideyalar döşünməniz lazımdır. Düzdür, hazırda bloqunda yalnız gündəlik iş- güclərindən, gördüyü küçə davalarından, nəbilim, itindən, pişiyindən danışan çoxdur. Mən düşünürəm ki o bloqların əksəriyyətinin oxuyucuları ancaq özləridir, qazandıqları isə yazı qabiliyyətlərinin olmasını özlərinə subut etmələridir. Bu inkişaf demək deyil. Mən sizə belə bloqçu olmanızı arzulamazdım. Mən inanıram kı mənim postlarımı oxuduqdan sonra artıq sizin də bir məqsədiniz var.

Artıq bir bloqunuz varsa onu  tez-tez yeniləyin. Biraz yaradıcı olmağa çalışın.
Eyni zamanda başqalarının postlarını mütləq oxuyun və şərh yazmamış çıxmayın. Bu sizin traffikinizi artıran ən yaxşı yollardan biridir. Beləliklə sizlə maraqlanacaq və sizin yazılarınızı da oxuyanların sayı artacaq.
Mövzularınızın keyfiyyətinə fikir verin, həcmi az olsa daha yaxşıdır ki oxuyanı tez yormaz( insanların çox vaxtı da  yoxdu axı, birdə azərbaycanda limitsiz internet istifadəçiləri cəmi 12%dir). Başqalarına şərh yazarkən də çalışın dəyərli fikir bildirin( məsələn, "çox sağ ol!", "əlaydı", "Zor yazmısan " kimi ifadələri çalşın az yazın, dolğun fikir bildirin ki , nə və niyə xoşunuza gəldi, nə öyrəndiniz, əlavə nə deyə bilərsinz, hansı təklif və iradlarınız var ). Beləliklə oxuyanlarda özünüzə qarşı müəyyən fikir yarada bilərsiniz. Unutmayın ki, Fikirləriniz sizin bilik xəzinənizin açarlarıdır!

Artıq yazılarınızla uğur qazandıqdan sonra , sizin çoxlu oxucu kütləniz olduqdan sonra birazda zamanı pula çevirmık barədə fikirləşin. Bunu daha əvvəl etsəz uğursuzluqla üzləşəcəksiniz. İllərcə gözləməniz gərəkə bilər.

Fikirləşə bilərsiz ki axı bunlar mənim çox vaxtımı apara bilər. Xeyr! Mənim digər postlarımdan məqsədə daha tez nail olmanın sirlərini öyrənə biləcəksiniz. Mənim bloqumun da qayəsi budur. Mən sizə bu işlərdə addım və addım kömək edəcəm..

Həyatda daim uğur qazanmanız arzusu ilə...

No comments:

Post a Comment