Bloqdan uğurla pul qazanmağın gizlədilən sirləri

Sizlər artıq son zamanlar bloqdan pul qazanan minlərlə insan haqda eşitmisiz, hətta artıq onların əksəriyyəti öz offlayn işlərini tərk edib məhz bu sahəni seçiblər. Bəs onlar bu pulu necə qazanır?

Bu haqda nəsə öyrənmək istəyəndə həmin insanların öz bloqundan, saytından bir kəlmə söz qoparmaq belə  mümkün deyil. Bir cümləni belə pulla satırlar. Mən günlərcə etdiyim araşdırmaların nəticəsində onların sirlərinin bəzilərini öyrənmişəm və onları sizlərə pulsuz paylayacam. Buyurun!

Məqsəddə  qətilik və dözümlülük

Bəzi bloq yazmağa yenicə başlamış insanlar uğursuzluqdan qorxaraq geri çəkilirlər. Onlar pul qazanma yollarında bir çox maneələrə rast gəlirlər, bloqa başlayan kimi pul qazanacaqlarını fikirləşirlər, bu təbiiki belə olmayınca geri çəkilirlər. Azərbaycanda əksər bloqçularda bu halı müşahidə etmək olar. Bu məlumat azlığından, necə başlamaq, nəyi necə etmək, motivasiya edici məlumatların olmamasından irəli gəlir. Belə olunca onlar fikirləşirlər ki bloqdan pul qazanmaq bizlik deyil.

Ancaq reallıq budur ki, bloqdan gəlir əldə etmək məqsədi onlayn pul qazanmaq olan və bu yolda rastlaşacağı heç bir uğursuzluqdan qorxmayan insanların hamısı üçün mümkündür.
Uğursuzluqlara yenik düşməyin, məqsədə doğru daim inamla irəliləyin. Heçvaxt ruhdan düşməyin və problemlərin həlli ilə məşğul olun.

Bloqunuzu biznesiniz kimi qəbul edin

Bloqunuzu onlayn biznes kimi qəbul etsəniz bu sizin karyeranızda ciddi olmağınıza səbəb olacaq. Bu həmçinin sizin yadınıza salacaq ki bu işdə vaxtınızı və lazım gələndə cibinizdən bir az pul da sərmayə qoymalısınız.
Bu işdə seçdiyiniz bloq adı bloqunuzun məqsədilə özünü doğrultmalıdır. Çünki axtarışda olan insan birinci bloq və ya saytın adıyla rastlaşır. Əgər o ad ilk baxışda ona nəsə deməsə o digər ünvanlar axtaracaq.


Məqsədin üçün vaxt təyin et

Siz məqsədə çatmaq üçün vaxta limit qoymalısınız! Əgər desəniz ki "mən nə vaxtsa ən uğurlu bloqçu olacam" onda bilin ki o vaxt heçvaxt gəlməyəcək.

Və budur, o insanların bizə vermək istəmədiyi sirləri bunlardır. Sizlər artıq bunları oxuyub əməl etsəniz onlardan heçbir şeydə geri qalmırsınız deməkdir.

Artıq hərşey öz əlinizdədir.

Oxuduğunuz üçün sağ olun, hamıya uğurlar!

No comments:

Post a Comment