Bloggerdə bloq açanlar üçün temalar

Bloqunuzun uğur qazanması üçün görünüş vacib şərtlərdən biridir. Hətta mən deyərdim görünüşü tez tez dəyişin, insanlar dəyişikliyi severlər, bu onlara daha maraqlı gələr. Bunun üçün temalar axtarırsınızsa çox axtarmanıza gərək yoxdur. Onlar özləri bura gəliblər:


http://themesblogger.blogspot.com/
http://www.bildirgec.org/yazi/fresheezy-en-tazesinden-wordpress-ve

Autoresponder nədir? Aweber nədir?

Email marketing haqda məlumatınız olduqdan sonra ağıla ilk gələn sual- bunu necə həyata keçirim?

Dünyada professional bloqçuların, affiliate marketerlərin, müxtəlif şirkət və biznes sahiblərinin istifadə etdiyi ən güvənilən bir xidmət- Autoresponder xidməti.

Wordpress temaları yükləyə biləcəyiniz bütün saytların siyahısı burda!

Əgər Wordpress.com da özünüzə bloq açmısınızsa aşağıdakı mənbələrdən özünüzə ən gözəl temanı seçib yükləyə bilərsiniz.

Theme Viewer
www.soloper.com
WordPress Themes
Theme Porter – WordPress Themes , WordPress Templates
WordPress Themes – Tons Of Free WordPress Themes For Any Blog!
WordPress Theme Park » Themes

Bloqdan uğurla pul qazanmağın gizlədilən sirləri

Sizlər artıq son zamanlar bloqdan pul qazanan minlərlə insan haqda eşitmisiz, hətta artıq onların əksəriyyəti öz offlayn işlərini tərk edib məhz bu sahəni seçiblər. Bəs onlar bu pulu necə qazanır?

Albert Eynşteyndən 8 heyrətamiz blogging dərsləri

Albert Eynşteyn dünya elminə füsünkar xidmətlər göstərmişdir: nisbilik nəzəriyyəsi, nisbi kosmologiya sahəsində tədqiqatlar, kapilyar hərəkət, kritik opalesensiya, məhlulda Braun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, foton nəzəriyyəsi, radiasiya nəzəriyyəsi........... və sonda bizlərə verdiyi 8 heyrətamiz blogging dərsləri.

Email marketing nədir?

Email insanın ən individual bir parçasına çevrilmişdir. Ən özəl insanlarla əlaqəyə girə biləcəyimiz ən özəl məkandır.
Bu xüsusiyyətlər təbii ki , marketing aləminin gözündən yayına bilməzdi.

Twitter nədir və mənə kömək edə bilərmi?

Twitter sözünün mənası "civilti" deməkdir. Hazırda facebookdan sonra gələn dünyanın ən böyük sosiallaşma şəbəkəsidir.

Mən də bloqumu qurduqdan sonra

Google Adsensin alternativləri

Google Adsense bloqdan pul qazanmağın tək yolu deyil. Hazırda bir çox bloggerlər alternativ yollardan istifadə etməklə də ekstra qazanc əldə edə bilirlər

Öz birinci uğurlu bloquma necə başlayım?

Bugün blogging doğrudan da onlayn biznesdə önəmli yerlərdən birini tutur. Ancaq real həqiqətdir, burda da pul qazanmaq offlayn biznesdə olduğu kimi ciddi cəhd və səbr tələb edir.

“The more you give the more you receive.”Nə qədər çox versən, oqədər çox alacaqsan

Bu aforizmi həyatımızın hər bir anında xatırlamamız gərəkdir.
Həyatda asanlıqla uğur qazanmaq, pul qazanmaq mümkün deyil. Bu iki şey insandan çox böyük səy, dözüm və bacarıq tələb edir.

FaceBook-dan pul qazanmaq olarmı?

Facebook hazırda dünyanın ən tanınmış sosial şəbəkəsidir. Kiçikdən böyüyə internetə girən hər kəs ilk öncə facebookda özünə hesab açır. Hətta Amerika və Avropa ölkələrinin bir çoxunda  70 yaşlarında da facebook istifadəçiləri vardır və onlar gundə ən azı 3-4 dəfə bu sayta girirlər.

Bloqlara aid maraqlı statistika

  • Sadəcə Amerikada 57 milyondan artıq insan bloq oxuyur
  • 1,7 milyon Amerikalı bloq yazmaqda əsas məqsədinin pul qazanmaq olduğunu bildirir
  • Hər gün 120.000 bloq fəaliyyətə başlayır
  • Yenə hər gün 1,4 milyon yeni yazı yayımlanır
  • Dünyanın hər papulyar 100 saytından 22 si bloqdur
  •  Bloq oxuyucularının 51%i online alış-veriş edir
Bu göstəricilər mənə çox maraqlı gəldi, ona görə sizlərlə bölüşdüm.  Ümid edirəm sizinçün də maraqlı oldu.

ClickBank nədir?


  ClickBank internet aləmində artıq vazkeçilməz bir sistemə çevrilmişdir.
ClickBank affiliate marketerlərin (yəni ortaq satış həyata keçirmək istəyənlərin) satmaq istədiyi dijital məhsulu vəya xidməti seçməsini gerçəkləşdirən ən etibarlı məkandır.

Affiliate Marketing nədir?

Affiliate Marketing bizim dilə satış ortaqlığı kimi tərcümə oluna bilər. Ənənəvi marketingdə bir başqasının malını satmaqda vasitəçi olarsanız əvəzində sahibkardan qarşılığını alarsınız. Bu prosesin internet üzərindən həyata keçirilməsi Affiliate Marketing adlanır.

Uğura aparan yol

  Egər bloqdan pul qazanmaq istəyirsənsə bu sənin məqsədinə çevrilməlidir. Bunun üçün daim inkişafda olmalısan. Bu yolda aşağıdakı addımları həyata keçirsən məqsədinə daha yaxın olarsan:

1.  Özünə hədəf seç

Bloqdan necə pul qazanmaq olar?

İlk dəfə bloq yaradılarkən ondan pul qazanmaq barədə hələ düşünülməmişdi. Sonralar insanlar gördülər ki, bloqa yazı yazarkən onlar çoxlu vaxt itirirlər. Avropalı təfəkkürünə görə hər dəqiqənin qızıl olduğunu yəqinki bilirsiz. Niyə avropalı deyirəm, çünki bizim elə düşünməyimizə hələ çox var. Yalandan özümüzü avropalı siyahısına salmaqla deyil, gərək beyinlərdə inqilab ola, təfəkkürümüz formalaşa...Nəysə, bu haqda danışsam çox olacaq, amma onu deyim ki avropalıdan çox bizim millətin pula çox ehtiyacı var. Ancaq niyə onlar pul qazanmağın bu yollarına bu qədər laqeyddirlər,? Niyə oxudugum bir çox azəri bloqlarda belə pul qazanmağa dırnağarası baxılır? Bunların səbəbini mən özümçün kəşf etmişəm.

Bloq və blogging

Bloq nədir?

Bloq saytın bir tipi olub  hazır dizaynlar əsasında qurulur. Şəxsi xarakter daşıyır. Hər bir kəs özünə bloq yarada bilər. Bunun üçün dünyada məşhur olan Wordpress.com, Blogger.com kimi saytlar məhz bu xidmətlər üçün yaradılmışdır. Azərbaycan dilində bloq

İnternet və Onlayn Biznes

İnternet kompyuter əsaslı qlobal informasiya sistemidir. İnternet yaranandan həyatımızın demək olar ki bütün sahələrinə sirayət edib, artıq internetsiz həyatı təsəvvür etmək mümkün deyil desək daha doğru olar.
İnsanların  pul qazanma yollarına yeni ve daha asan və uğurlu alternativlər əlavə olundu. Bu yeni biznes sahəsi e-biznes və ya onlayn biznes adlanır. Yəni, internet üzərindən virtual satış. Bu biznesin təbiidir ki, ənənevi alış-verişdən bir çox üstün chətlərinin olması insanların bu sahəyə marağının gündən- günə artmasına səbəb oldu.
Mən sizlərlə əsasən xırda biznes, ev biznesi, e-kitab, blogging və saytlardan nece pul qazanmagın sirləri haqda danışacam.
2010-cu ildə Americada internet istifadəçilərinin 70 %ə qədəri internetdə pul qazanmağın alternativ yolları haqda axtarışlar etdiyini göstərmişdir. Bu isə bu sahədə informasiya xarakterli bloq və saytlara nə qədər ehtiyac olduğunu subut edir. Hal hazırda xarici saytlarda bu sahədə minlərlə bloq və saytlar var.
Azərbaycanda internet yeni inkişaf etməkdədir və mən düşünürəm ki, artıq limitsiz internetə sahib olanların sayı artdıqca biznesin bu sahəsinə olan maraq da artacaq. Ekstra pul qazanmaq istəyənlər üçün bloqumun çox faydalı olacağına əminəm. Əgər sizdə pul qazanmaq istəyinizdən əminsinizsə məni izləyin..