Affiliate Marketing nədir?

Affiliate Marketing bizim dilə satış ortaqlığı kimi tərcümə oluna bilər. Ənənəvi marketingdə bir başqasının malını satmaqda vasitəçi olarsanız əvəzində sahibkardan qarşılığını alarsınız. Bu prosesin internet üzərindən həyata keçirilməsi Affiliate Marketing adlanır.


Affiliate Marketing hazırda mükəmməl və ən asan pul qazanma yöntəmlərindən biridir. Bu sistemə qoşulmanız sizi xəyal belə edə bilməyəcəyiniz sərvətə qovuşdura bilər. Təsəvvür edin, evinizdə divanda əyləşib Canadada tanımadığınız birinə kitab və ya qol saatı satırsınız. Bu ağlasığmazdır, amma gerçəkdir.

Hansı özəllikləri vardır?

Məhsul və ya xidmət sahibi olmanıza gərək yoxdur
Ortaq olmaq üçün pul ödəmirsiniz, istədiyiniz məhsul və xidmətlərə ortaq ola bilərsiniz
Məhsul və xidmət üzərində heç bir məsuliyyət daşımazsınız
Alıcıların sual və maraqları sizi maraqlandırmaz
Bütün dünyaya məhsul və xidmət sata bilərsiniz
Sıfır riskli bir işdir
Çox yüksək gəlirlər əldə edə bilərsiniz
Satışı saytınız olmasa belə  pulsuz və asan yarada biləcəyiniz bloqunuz vasitəsilə də həyata keçirə bilərsiniz
Google Adwords və Affiliate Marketing

Google Adwords istədiyiniz məhsulun və xidmətin reklamını istənilən dildə və qısa zamanda dünyanın hər yerinə çatdırmağa sizlərə yardımçı olan mükəmməl sistemdir. Tutalım bir kitabın ortaq satış proqramına qatılmısız, və kitab haqqında Googlə Adwords-də reklam yerləşdirirsiniz. Bu zaman kitab haqqında axtarış edən adam googlda sənin reklamını görərək tıklayarsa(bunun üçün reklamın son dərəcə cəlbedici olmasına diqqət!) birbaş kitabın satıldığı sayta yönlənəcəkdir. Əgər kitab alınarsa onun müəyyən faizi sizin hesaba yüklənəcək. Beləliklə siz pul qazandınız, onu satmaq üçün dil tökmədən, alıcı axtarmadan, həm də heç bir məsuliyyət daşımadan.

Affiliate marketing vasitəsi ilə pul qazanmağın əsasən 3 metodu var: (onların adlarını ingilis dilində yazacam, çünki hər yerdə onlara bu cür rast gələcəksiniz)

1.  Pay Per Sale (Cost Per Sale)

Amazon və ebay sözləşmələri buna örnək ola bilər. Bu sözləşməyə görə affiliate olan sayt(yəni hər hansı məhsulun satışının ortaq həyata keçirən ) tərəfindən amazona göndərilən adamın hər alış-verişi qarşılığında amazon həmin sayta müəyyən məbləğ ödəyir.

2.  Pay Per Click (Cost Per Click)

Bu proqrama görə ticari sayt affiliate olan sayt üzərinə yerləşdirilmiş olan hər linkinin tıklanma sayına görə affiliate ortağına ödəmə edər. Bunun üçün istifadəçilərin heç bir alış-veriş etməsi gərəkməz.

3. Pay Per Lead (Cost Per Lead)

Ticari saytlar ortaq saytlara istifadəçi sayına görə ödəmə edər. Bu zaman ticari saytlar müştərilərdən bəzi anketləri doldurulmasını istəyər və bu anketləri başqa firmalara satar

Wealth proqramlar nədir?

Clickbank nədir?

Bunların cavabını digər postlarımdan mütləq tapacaqsınız. Onları bilmək çox vacibdir

Hələlik bu qədər...







1 comment:

  1. Salam. Size bir iki sualim olacaq. Bir az bu movzuya yaxindi. Men artiq 1-2 hefte olar ki internetde affiliate marketinq haqda, blogging haqda axtarislara baslamisam bir nece ingilis dilinde yaxsi kitablar da elde etmisem. (Tebii ki pulsuz kitablar:D) Siz oyrenmek ucun hansi xarici saytlari meslehet gorerdiz? Birde ki ozunuz coxdan mesgul olursuz affiliate marketinqle? Clickbankin Azerbaycan ucun olmadigini men de bilirdim. Bu tebii ki bu ise baslamaq ucun bir az minusdu. Indiden tesekkurler

    ReplyDelete