Albert Eynşteyndən 8 heyrətamiz blogging dərsləri

Albert Eynşteyn dünya elminə füsünkar xidmətlər göstərmişdir: nisbilik nəzəriyyəsi, nisbi kosmologiya sahəsində tədqiqatlar, kapilyar hərəkət, kritik opalesensiya, məhlulda Braun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, foton nəzəriyyəsi, radiasiya nəzəriyyəsi........... və sonda bizlərə verdiyi 8 heyrətamiz blogging dərsləri.


Doğrudan da bu böyük alimin ideyaları arasından blogging prinsipləri ilə yaxın olan ideyalar tapmamaq mümkün olmazdı, elə deyilmi?

1. İnadla çalışmaq 
  "Bu ona görə deyilki mən ağıllıyam, bu ona görədir ki, mən problemlərlə çox vaxt keçirirəm"

Sənin bloqun bir gecədə uğurlu olmayacaq; uğur inadkarlıq tələb edir! "Bir gecədə uğur" deyilən şey yoxdur. Bir gecədə baş vermiş kimi görünən uğur çox illərlə görülmüş işin nəticəsidir.

Mən bu illəri uğurun "susmuş illəri"  adlandıraram. Əgər sən bu "susmuş illər"də dözümlülük göstərsən uğur qazanacaqsan.

Eddi Kentr deyir ki, "Bir gecədə uğura imza atmaq üçün  iyirmi ilini verməlisən"

2. Fikrini bir yerə cəmləşdir
   "Kimki təhlükəsiz maşın sürməklə eyni anda yanındakı qızı da öpürsə, bu qıza layiq olduğu diqqəti vermir deməkdir"

Sən heçnə etməyə bilərsən, amma hər şey edə bilmərsən! Bloggingdə uğur qazanmaq istəyirsənsə bloquna layiq olduğu diqqəti verməlisən
Əgər uğur qazanmaq istəyirsənsə cəhdlərini bir nöqtəyə cəmləşdir. Enerjini bir yerə cəmləmək güc deməkdir, bu uğur və müvəffəqiyyətsizlik arasındakı fərqdir.

3. Dəyər yarat
 "Uğur qazanmaqdansa dəyər qazanmağa can at" 

Vaxtını uğurlu bloq yaratmağa çalışmaqla itirmə, öz vaxtını dəyərli bloq yaratmağa sərf et. Əgər bloqun başqaları üçün dəyərlidirsə, o özü uğur qazanacaq.

Başqaları üçün dəyəri onların problemlərini həll etməklə yarat. Sənin bloqun onların problemlərini həll etməlidir. Sən həyatında ancaq başqalarının problemlərini həll etməyinə görə qiymətləndiriləcəksən.

4. Hər şeyi bilməyə can at
"Mənim xüsusi istedadım yoxdur, mən sadəcə hər şeyi bilməyə həvəslə can atıram"

Əgər sən bir şeyi bilməyə can atırsansa bilki bunu bilmək istəyən milyonlarla insan var, bloqunu həmin şeylər üzərində qur.

Hamının yazdığını sən də təkrarlama, öz maraqlarını kəşf et.

Sən "daha böyük" fikirləşməlisən, Eynşteyn deyir: "Problemi yaradan təhtəlşüurluluq səviyyəsindən həmin problem həll oluna bilməz"

5. Səhvlər et
"Hansı insankı heçvaxt səhv etmir, demək o yeni heçnəyə çalışmır "

Səhvlər et; səhvlər səni daha ağıllı, daha yaxşı, daha işinə münasib hala gətirəcək.
Əgər səhvlər etmirsənsə demək inkişaf etmirsən. Əgər iki dəfə tez uğur qazanmaq istəsən, iki dəfə çox səhv et, iki dəfə çox maneələr aş.

Frank Clark deyir: "Əgər maneəsiz  bir yol tapa bilmisənsə, çox gümankı o yol heç bir yerə aparmır"

6. Səfeh olma
   "Səfehlik; eyni şeyi təkrar-təkrar edib fərqli nəticələr gözləməkdir"

Əgər bloqunuzda hər gün eyni şeylər edib fərqli nəticələr gözləsəniz yuxarıdakı cümlə bilavasitə sizə aiddir, məndən inciməyin.

Nəticələrinizin dəyişməsi üçün mütləq hərəkətlərinizdə dəyişiklik edin. Hərəkətlərinizin dəyişiklik dərəcəsi nəticələrdə özünü göstərəcək.
7. Müxaliflik gözlə
   "Böyük insanlar həmişə orta səviyyəli beyin sahiblərinin zorakı müxalifliyi ilə qarşılaşıblar"

Sizə qarşı həmişə əks tərəf olacaq. Sənin bloquna, ideyalarına qarşı çıxan insanlar çox olacaq. Bu yerdə Zig Ziglar demişkən; "Ey Balaca insan, öz balaca beyin və təsəvvürünlə bəlaca təkər izlərinin üstüylə get, sənin balaca dünyanı qıcıqlandıran dəyişikliklərə qarşı var gücünlə müqavimət göstər".

Heç vaxt qoymayın ki belə "balaca insan"lar sizi məqsədinizə nail olmaqdan çəkindirsin. Böyük insanlar həmişə belə müxalifliklərlə qarşılaşıblar. 

8. Yaxşı oyna
   "Sən oyunun qaydalarını öyrənməlisən, sonra oynayanların hamısından yaxşı oynamalısan"

Artıq son mərhələdə uğur sənin oyunu necə oynamağından asılıdır. Əgər hamıdan "yaxşı" oynamağı bacarsan uğur qazanacaqsan!

Bu dərslər mənim üçün çox faydalı oldu, bəs sizlərə necə?

Oxuduğunuz üçün çox sağ olun. Ümid edirəm vaxtınıza dəyər qata bildim. Hələlik.

No comments:

Post a Comment