Öz birinci uğurlu bloquma necə başlayım?

Bugün blogging doğrudan da onlayn biznesdə önəmli yerlərdən birini tutur. Ancaq real həqiqətdir, burda da pul qazanmaq offlayn biznesdə olduğu kimi ciddi cəhd və səbr tələb edir.

Əgər uğurlu blogger olub pul qazanmaq istəyirsənsə blog yaratmazdan əvvəl aşağıdakıları göz önündə tutmalısan:
  1. Fərz elə ki, bloga başladığın ilk günlərdən bloq üzərində ciddi cəhdlə işləyəcəksən
  2. Fərz elə ki, geniş informasiya toplamaq üçün yuxusuz gecələr keçirməlisən
  3. Fərz elə ki, öz bloqunu tanıtmaq üçün istirahətsiz günlərin ola bilər.
İndi bütün bunlarla razısınızsa aşağıdakı addımlarla başlaya bilərsiniz .

Bloqunuzun obyektini təyin edin

Əgər yazı xarakterli bloq yaradırsınızsa hansı mövzuda yazacağınızı müəyyənləşdirin. Özünüzə maraqlı olan mövzu seçin ki həm axtarışlar edərkən nəsə öyrənərsiniz, həm də post yazarkən yorulmarsınız. Ancaq həmin mövzu ətrafında ideyalarınızı, informasiyalarınızı bölüşün. Bunun üçün bloqa başlamamışdan mövzu ilə əlaqəli axtarışlar edin.


Bloqunuza ad seçin

Bloqun adı hərşeydən öncə onun nədən bəhs etdiyini ifadə edir. Aşağıdakılara məsələlərə diqqət edin:
  • Onu bacardıqca qısa
  • Yaddaqalan
  • Asan oxunan
  • Bloqunuzun məzmunu ilə əlaqəli edin
Qeydiyyatdan keçin

Əvvəlcə www.gmail.com adresinə girin və özünüzə email  açın. Sonra www.blogger.com və  ya www.wordpress.com adreslərindən birinə daxil olun və bloqunuzu yaradın.

Bloqunu qur amma hələ heçkimə demə.

Bu hissəyə qədər gördüyünüz kimi çox asanlıqla gəldiniz. Artıq bloqunuzu qurmusuz, amma hələ elan verməyə, dostlarınıza deməyə tələsməyin. Çünki onlar boş səhifəyə girib məyus ola bilərlər.

Haqqımda (About me) səhifəsini yarat

Bu səhifədə bütün dünyaya kim olduğunuzu yazın. Onlara bloq yazmaqda məqsədinizin nə olduğundan, nələri bölüşmək istədiyinizdən yazın.

Tema seçin

Tema seçərkən çalışın sadə olsun, çox rəngbərəng olub gözü tez yormasın. Dizaynda tez tez dəyişikliklər edin, oxucu dəyişikliyi çox sevər.

RSS və email qeydiyyat sistemini aktivləşdirin.

Bu sistemdən qeydiyyatdan keçmiş oxuyucularınız sizin hər yeni postunuzdan xəbərdar olacaq.

Bloqunuzu axtarış sistemlərinin tapması üçün aktivləşdirin

Google, Yahoo kimi aztarış sistemlərində bloqunuzu qeydiyyatdan keçirin.

Digər reytingli sayt və bloqlara şərh yazmaqla bloqunuzun adını da qeyd edin.

Öz bloqunuzdan dostluq yaratdığınız bloq və saytlara linklər qoyun.

Digər bloqlara qonaq kimi postlar yerləşdirməyə icazə alın

Facebook və twitter kimi sosiallaşma saytlarında öz bloqunuz haqda məlumat verin və link yerləşdirin

Müxtəlif forumlarda iştirak edin

Onlayn pul qazan

Artıq bütün bu addımları atdıqdan sonra pul qazanmağa başlamaq olar

Google Adsense

google adsense bloggerlərin bir nömrəli seçimidir. Xüsusilə də yeni başlayanlar bu sistemdən istifadə edə bilərlər. Bu zaman hər reklam tiklamaya google pul ödeyir. Məbləğ çox cuzi də olsa başlanğıc üçün pis deyil.
Diqqət! Öz bloqunuzdan öz reklamınıza tiklamayın!. Bunu google aşkar edir və sonra sizin üçün heçdə yaxşı olmaz.

Affiliate Marketing

  Bu haqda Affiliate marketing nədir digər postumdan ətraflı oxuyun.

Düzünə reklam

Bu zaman firmalar, şirkətlər özləri məhsul reklamı, sayt reklamı üçün sizə müraciət edəcəklər. Bunun üçün reytingə və reputasiyaya malik olmalısınız. Yuxarıda qeyd etdiklərimi ardıcıllıqla yerinə yetirsəniz tezliklə belə təkliflər alacağınıza şübhəniz olmasın:)


Freelance Xidmət

Başqa bloq və saytlarda mövzu yazmağınız üçün və ya hər hər hansı bacarığınız üçün( məs,dizayner) sizə təklif gələ bilər. Onlar da sizin yazılarınızdan , işlərinizdən yararlanıb uğur qazana bilərlər.


Beləliklə yuxarıdakılar yeni bloq yazmağa başlayanlar üçün kiçik məsləhətlərim idi. Oxuduğunuz üçün təşəkkür edirəm. Əgər əlavələriniz varsa lütfən şərh yazıb bildirin

 Mən sizlərə yazdığım üçün çox xoşbəxtəm

No comments:

Post a Comment